"Düşmənə qarşı səbirli idik və səbrimiz tükənib. İndi hökumətə, onun başında duranlara və bu dövlətə qarşı səbirliyik; xahiş edirəm bizi səbrimizi itirməyə məcbur etməyin”.
İslamazeri.com xəbər verir ki, Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Kamati Əl-Manar televiziyasına verdiyi müsahibədə Livanın siyasi rəhbərliyinə qarşı sərt açıqlamalar verib.
Kamati Livan rəsmilərini hədəfə alaraq Xarici İşlər Nazirini "axmaq, absurd və cahil", Ədliyyə Nazirini isə "ondan da pis" adlandırıb və Baş Nazir və Prezidentə qarşı daha sərt ifadələr işlədib.
Hazırkı hökumətə qarşı sərt xəbərdarlıq edən Kamati bildirib ki, "Bu hökuməti süpürəcək bir "sunami" gözləyirik".
O, səbrlərinin tükənəcəyi təqdirdə, Beyrutdan başlayaraq bütün Livanda "insan sunamisi" baş verə biləcəyini bildirib.
Kamati bildirib ki, Müqavimətin qələbəsindən sonra Livan dövlətindən üzr istənilməsini gözləyirlər və hökumət öz qərarlarına və Livan xalqının böyük təbəqələrinə münasibətinə görə məsuliyyət daşımalıdır.
Kamati deyib: "Müharibədən sonra biz bu hökumətdən Müqavimətdən və xalqından üzr istəməsini və Müqavimətə qarşı qəbul edilən bütün mənfi qərarları geri götürməsini tələb edirik. Əks halda, bu, ölkəni fitnəyə və xaosa sürükləyəcək".
Müharibə prosesinə toxunan Kamati dedi: “Düşmənə qarşı səbirli idik və səbrimiz tükənib. İndi hökumətə, onun başında duranlara və bu dövlətə qarşı səbirliyik; xahiş edirəm bizi səbrimizi itirməyə məcbur etməyin”.
Silah məsələsinə gəldikdə, Kamati müharibədən sonra silahların təhvil verilməsinin mümkün olmadığını, lakin qarşılıqlı anlaşma əsasında müdafiə strategiyasının qurula biləcəyini vurğulayıb.
Digər tərəfdən, Kamati həmçinin köçkün livanlıları çağıraraq, onlara “Milli Duo” tərəfindən rəsmi açıqlama verilənə qədər, xüsusən də sərhəd boyunca kəndlərə qayıtmamağı tövsiyə etdi.