GMİ-nin Şeyxinin Azərbaycana səfəri başladı - FOTO

GMİ-nin Şeyxinin Azərbaycana səfəri başladı - FOTO
Yayınlanma tarixi: 16.01.2024 16:10:15

Bütöv Gürcüstan Müsəlmanlarının Şeyxi Hacı Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.

İslamazeri.com xəbər verir ki, bu gün Bütöv Gürcüstan Müsəlmanlarının Şeyxi Hacı Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.

Bütöv Gürcüstan Müsəlmanlarının Şeyxi Hacı Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətində GMİ-nin Ali Şurasının üzvləri Hacı Rahid Kərimov, Hacı Namiq Hüseynov və Dini Agentliyin üzü Oktay İsayev təmsil olunurlar.

Səfərin ilk günü Qafqaz Müsəlmanları İdarəsində görüş keçirilib.

Görüşdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə və GMİ-nin dekabr ayında seçilmiş yeni şeyxi Hacı Faiq Nəbiyev iki ölkə dindarlarını düşündürən məsələlərdən, həmçinin QMİ və GMİ arasında gələcəkdəki əməkdaşlıqlardan söhbət açılıb.

Söhbət zamanı iki qonşu, qardaş, strateji müttəfiq ölkənin bütün sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığının vacibliyi vurğulanıb.

20 Yanvar faciəsilə bağlı konfrans, həmçinin rəsmi dəvətə görə GMİ-nin şeyxi Hacı Faiq Nəbiyev Şeyxülislam Allahşükür Paşazadəyə öz təşəkkürünü bildirib.

Görüşün sonunda şeyxlər bir-birinə hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, GMİ-nin şeyxi səfər çərçivəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, İlahiyyat İnstitutu və digər qurumlarda görüşlər keçirəcək, QMİ tərəfindən təşkil olunan beynəlxalq konfransda iştirak edəcək.

FOTO

GÜNÜN MANŞETLERİ