Böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin göstərişilə növbəti yardımlar Suriyada zəlzələ bölgəsində paylanıb.
İslamazeri.com xəbər verir ki, böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin göstərişilə növbəti yardımlar Suriyada zəlzələ bölgəsində paylanıb.
Məlumata görə, Laziqiyyə (Latakiya) şəhərinin 5 rayonunda zəlzələdən əziyyət çəkənlərə tibbi, qida və paltar yardımı təqdim olunub.
Suriyada humanitar yardımlara nəzarət üzrə məsul Əthir Əl Təmimi “Karvanda (30) məhsuldan ibarət (10) mindən çox ərzaq səbəti, ev əşyaları, kişi və qadın geyimləri, ayaqqabılar, uşaqlar üçün qida və təmizlik vasitələri gəlib”, -deyə qeyd edib.