FHN növbəti şərti yanğın təlimi keçirib

FHN növbəti şərti yanğın təlimi keçirib
Yayınlanma tarixi: 2/19/2026 1:21:01 PM

FHN növbəti şərti yanğın təlimi keçirib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən yaşayış kompleksində təlim keçirilib.

İslamazeri.com xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi və sistemdə su olmadığı, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun olmadığı və elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi də müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.

Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

GÜNÜN MANŞETLERİ

Azərbaycan neftinin qiyməti BAHALAŞDI
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti BAHALAŞDI

4/17/2026 10:37:50 AM
ABŞ Suriyadakı 10 illik hərbi mövcudluğuna son qoyub
DÜNYA / MARAQLI

ABŞ Suriyadakı 10 illik hərbi mövcudluğuna son qoyub

4/17/2026 10:11:49 AM
Livan və İsrail arasında 10 günlük atəşkəs elan edilib
DÜNYA / SİYASƏT

Livan və İsrail arasında 10 günlük atəşkəs elan edilib

4/17/2026 10:00:37 AM