Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb

Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb
Yayınlanma tarixi: 25.01.2023 11:17:15

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Azərbaycanda 1528 şagird evdə təhsil alır.

Bu barədə "İslamazeri.com"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari tədris ilində 1 617 932 şagird təhsilə cəlb edilib. 125 318 şagird məktəbəqədər təhsil, 6 653 şagird isə xüsusi təhsil alır. Habelə 1 528 şagird evdə təhsil alır, 207 nəfər isə inklüziv təhsilə cəlb edilib.

Ali təhsil bazasında 194 011 nəfər bakalavriat, 22 429 nəfər isə magistratura səviyyəsində təhsil alır.

GÜNÜN MANŞETLERİ