Rusiyanın beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov ABŞ və İsrailin İranın Nətənz nüvə obyektinə hücumlarını pisləyib.
İslamazeri.com xəbər verir ki, Ulyanov bu hücumların beynəlxalq hüququ, BMT Nizamnaməsini və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nizamnaməsini pozduğunu bildirib.
Ulyanov sosial media paylaşımında bildirib ki, “ABŞ və İsrail İranın nüvə obyektlərinə hücumlarını davam etdirir. BAEA-nın siyasət orqanları əvvəllər bu cür ehtiyatsız hərəkətləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və agentliyin nizamnaməsinə zidd kimi xarakterizə ediblər”.
Rusiyalı diplomat xəbərdarlıq edib ki, bu cür hərəkətlər nüvə fəlakəti riskini artırır.
BAEA İranın Nətənz nüvə obyektinə hücum barədə məlumat verdiyini təsdiqləyib; agentlik obyektin xaricində radiasiya səviyyəsində artım olmadığını bildirib.