Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
Yayınlanma tarixi: 3/21/2026 1:10:59 PM

İranın xarici işlər naziri Əraqçi deyib: “Biz atəşkəs axtarmırıq; müharibəyə tam, hərtərəfli və davamlı son qoymaq istəyirik”.

İslamazeri.com xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçi Yaponiya mediasına verdiyi müsahibədə deyib: “Biz atəşkəs axtarmırıq; müharibəyə tam, hərtərəfli və davamlı son qoymaq istəyirik”.

Əraqçi açıqlamasında bildirib: “Bir çox ölkə münaqişəyə son qoymaq üçün vasitəçilik səyləri göstərir. Biz həmçinin müharibəyə yalnız atəşkəs deyil, tam, hərtərəfli və davamlı son qoymağa yönəlmiş hər hansı bir təşəbbüsü alqışlayırıq”.

Əraqçi həmçinin əlavə edib: “Biz Hörmüz boğazını bağlamamışıq; lakin bizə qarşı hücumlarda iştirak edən ölkələrin gəmilərinə bəzi məhdudiyyətlər qoymuşuq”.

Əraqçi sözünə davam edərək dedi: “İran Hörmüz boğazının yenidən açılması ehtimalı ilə bağlı Yaponiya ilə danışıqlara başlayıb və Yapon gəmilərinin boğazdan keçməsinə icazə verməyə hazırdır. Tehran, lazımi koordinasiyanın yaradılması şərtilə, Yaponiya kimi ölkələrin gəmiləri üçün təhlükəsiz keçidi təmin etməyə hazırdır”.

Əraqçi sonda deyib: “ABŞ hələ real həll yoluna çatmaq üçün lazımi hazırlığı nümayiş etdirməyib”.

GÜNÜN MANŞETLERİ

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM
İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib

3/21/2026 12:20:01 PM
Bu gün Beynəlxalq Novruz günüdür
ÖLKƏ / MÜXTƏLİF

Bu gün Beynəlxalq Novruz günüdür

3/21/2026 11:36:43 AM
Pentaqon İrana qoşun göndərmək üçün hazırlıqlara başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pentaqon İrana qoşun göndərmək üçün hazırlıqlara başlayıb

3/21/2026 11:24:16 AM