Ekstremist hindular Hindistanın İslam kitabxanasını yandırıblar

Ekstremist hindular Hindistanın İslam kitabxanasını yandırıblar
Yayınlanma tarixi: 25.04.2023 16:10:10

Hindistanda ekstremist hindular bir əsrdən çox ömrü olan İslam kitabxanasını qədim əlyazmaları ilə birlikdə məhv ediblər.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, sayları mindən çox olan ifratçı hindular martın 31-də Mübarək Ramazan ayına təsadüf edən "Ram Navamlı" adlı hindu yürüşündə İslam əleyhinə şüarlar səsləndirərək, bu kitabxananı içindəki qədim nüsxələrlə birlikdə yandırıblar.

Bu hərəkət ötən ay hinduların dini bayramlarından birində baş verib. Amma bu yaxınlarda bir Avropa mediası bu kitabxana haqqında videoreportaj yaımlayana qədər mediada bir o qədər də işıqlandırılmayıb.

Kitabxanadan yanmış divarlardan, kitabların yarıyanmış vərəqlərindən və kitabxana avadanlıqlarının qalıqlarından başqa heç nə qalmayıb.

Qeyd edək ki, qədim mətnlər və müqəddəs İslam kitabları, o cümlədən möhtəşəm xəttatlıq nümunələri də daxil olmaqla 4500-dən çox kitaba malik olan bu kitabxana Bihardakı "Əzizə" adlı İslam Məktəbinin bir hissəsi idi. 

GÜNÜN MANŞETLERİ