DYP avtobus dayanacaqlarnda maşın saxlayan sürücülərə müraciət edib

DYP avtobus dayanacaqlarnda maşın saxlayan sürücülərə müraciət edib
Yayınlanma tarixi: 16.12.2022 13:15:30

Yol polisi avtobus dayanacaqlarında qanunsuz park edən sürücülərə müraciət edib.

İslamazeri.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Müraciətdə deyilir:

“Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini, eləcə də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükə qarşısında qalmamasını təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və ona yaxın 15 metrlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik. Əks təqdirdə hər bir sürücü bilməlidir ki, bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur. Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərazidə 25.000-dən çox qayda pozuntusu aşkar edilib. Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axının düzgün formada idarə olunmasına süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik".

GÜNÜN MANŞETLERİ