Dəmir yolu stansiyasından oğurluq edənlər tutulub

Dəmir yolu stansiyasından oğurluq edənlər tutulub
Yayınlanma tarixi: 16.12.2022 13:09:24

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nazim Nəzirov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri 320 kiloqram metal parçalar aşkar edilib.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.

GÜNÜN MANŞETLERİ