Bu ölkədə difteriya epidemiyası tüğyan edir

Bu ölkədə difteriya epidemiyası tüğyan edir
Yayınlanma tarixi: 15.02.2023 15:40:06

Qərbi Afrika ölkələrindən Nigeriyada difteriya epidemiyasından həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

Qərbi Afrika ölkələrindən Nigeriyada difteriya epidemiyasından həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC)  məlumat yayılıb. Bildirilib ki, dekabr ayından bəri difteriya epidemiyası 5 ştatda yayılıb. Bu müddət ərzində ştatlarda 523 şübhəli hal aşkar edilib, onlardan 216-nın testi müsbət olub. Virusa yoluxmuş həmin  xəstələrdən 40-ı dünyasını  dəyişib.

Difteriya “corynebacterium diphtheriae” adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdikdə baş verir və yoluxucu ola bilər.

GÜNÜN MANŞETLERİ