Bu gün iki rayonda işıq olmayacaq

Bu gün iki rayonda işıq olmayacaq
Yayınlanma tarixi: 12/23/2025 9:25:22 AM

Bu gün Lənkəran və Masallının bəzi ərazilərində elektrik enerjisi olmayacaq.

İslamazeri.com xəbər verir ki, "Azərişıq"dan verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 23 dekabr tarixində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq “Hirkan” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbəsi, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Masallı EŞ-nin ərazisində 35/10 kV-luq “Əminli” yarımstansiyasından qidalanan 10 kV-luq 1 saylı, həmçinin 35/10 kV-luq “Xıl” yarımstansiyasından çıxan 6, 7 saylı hava xətlərində təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Həsənli, Yeddi Oymaq, Şıxlar, Qasımlı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM