BMT-dən Türkiyə və Suriya üçün yardım çağırışı

BMT-dən Türkiyə və Suriya üçün yardım çağırışı
Yayınlanma tarixi: 7.02.2023 14:20:05

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində həyatını itirənlərə başsağlığı verib.

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində həyatını itirənlərə başsağlığı verib.

Pedersen verdiyi yazılı açıqlamada qışın ortasında Türkiyə və Suriyada minlərlə qadın, uşaq və qocanın təsirləndiyi zəlzələnin səbəb olduğu faciəvi ölüm halları və ciddi dağıntıların ona dərindən təsir etdiyini bildirib.

“Zəlzələdən zərər çəkənlərə dərin hüznlə başsağlığı verirəm” ifadələrini işlədən Pedersen onların bir çoxunun (Suriyadakı zəlzələdə ölənlərin) artıq illərdir böyük əziyyət çəkdiyini bildirib.

Pedersen “Biz tam həmrəylik içindəyik və dəstəyimizi bildiririk” deyib.
Pedersen Suriya xalqının təcili olaraq beynəlxalq dəstəyə ehtiyacı olduğunu bildirib və hamını dəstəkləməyə dəvət edib.

GÜNÜN MANŞETLERİ