İran ABŞ-ın atəşkəs təklifini RƏDD ETDİ.
ABŞ İrana 48 saatlıq atəşkəs sorğusu göndərib.
İslamazeri.com xəbər verir ki, döyüşlərin müvəqqəti dayandırılması təklifi 3-cü ölkə vasitəsilə rəsmi Tehrana çatdırılıb.
Lakin İslam Respublikası Vaşinqtonun bu sorğusuna rədd cavab verərək atəşkəsdən imtina edib.
Xatırladaq ki, bu gün İran ordusu ABŞ-a məxsus təxminən 7 hərbi təyyarəni, qırıcını və helikopteri vuraraq məhv edib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb. ABŞ prezidenti Donald Tramp dəfələrlə qalib gəldiyini elan etsə də, İslam Respublikası hər gün İsrailə və bölgədəki ABŞ hərbi bazaları və maraq obyektlərinə ağır zərbələr endirməyə davam edir.