BMT Cənubi Sudanla bağlı çağırış edib

BMT Cənubi Sudanla bağlı çağırış edib
Yayınlanma tarixi: 16.12.2022 10:30:46

Birləşmiş Millətlər Təşkilatı (BMT) Cənubi Sudanda davam edən və çox sayda insanın ölümünə səbəb olan qarşıdurmalara son qoyulması ilə əlaqədar çağırış edib.

İslamazeri.com xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Cənubi Sudanda davam edən qarşıdurmalarla bağlı yazılı açıqlama verib.

Açıqlamada Cənubi Sudan hökumətinə hadisələrin araşdırılması və tərəflərə dialoq aparmaları ilə bağlı çağırış edilib.

Silahlı qruplaşmaların mülki vətəndaşlara hücumlarının narahatlıq doğurduğu qeyd edilən açıqlamada həmçinin bölgə liderlərinə  və ictimai rəyi formalaşdıran liderlərə təcili tədbirlər görmələri ilə bağlı çağırış edilib.

Açıqlamada son 4 ayda intensivləşən qarşıdurmalarda 166 mülki vətəndaşın həyatını itirdiyi, cinsi zorakılıq, adam oğurluğu  kimi hadisələrin də insan hüquqlarının pozulmasına səbəb olduğu vurğulanıb. Açıqlamada deyilir: ”İnsan hüquqları pozuntularına dərhal son qoyulmalıdır”.

Cənubi Sudanın Yuxarı Nil əyalətində son aylarda silahlı qəbilələr arasında baş verən toqquşmalar səbəbindən  40 min mülki vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Zorakılıqdan qaçanların 75 faizi qadınlar və uşaqlardır.

GÜNÜN MANŞETLERİ