BDU-nun 2 saylı korpusunun təmirinə başlanılıb

BDU-nun 2 saylı korpusunun təmirinə başlanılıb
Yayınlanma tarixi: 13.02.2023 18:26:06

Bu barədə BDU-dan məlumat verilib.

Bakı Dövlət Universitetində (BDU) infrastrukturun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb.

İslamazeri.com xəbər verir ki, Universitetdən verilən məlumata görə, təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.

GÜNÜN MANŞETLERİ