"Baksol" yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Yayınlanma tarixi: 13.12.2022 14:44:21

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

16 dekabr saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunda aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "İslamazeri.com"a verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

GÜNÜN MANŞETLERİ