Bakıda 200 küçəyə şəhid adı verilib

Bakıda 200 küçəyə şəhid adı verilib
Yayınlanma tarixi: 3/5/2024 6:32:29 PM

2020-2023-cü illər ərzində Bakıda 200 küçəyə şəhid adı verilib.

İslamazeri.com-un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd olunub ki, yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı paytaxtın inzibati ərazisində mövcud olan 200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.

Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcud olan küçərlərin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə xüsusi önəm veriləcək.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM