Azərbaycan, Rusiya və İran 2023-cü ilin sonuna qədər elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) tamamlamaq barədə razılığa gəliblər
İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi məlumat yayıb.
“Görüş zamanı tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə texniki-iqtisadi əsaslandırmanın yekunlaşdırılması 2023-cü ilin sonuna qədər başa çatdırılmalıdır”, - deyə məlumatda bildirilir.
“İştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu nəzərdən keçirilir”, – deyə məlumatda Snikkarsın sözlərindən sitat gətirilir.