Azərbaycanda sabah üçün gözlənilən hava proqnozu

Azərbaycanda sabah üçün gözlənilən hava proqnozu
Yayınlanma tarixi: 28.03.2023 13:49:34

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq.

Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

GÜNÜN MANŞETLERİ