İsraildə yaralananların sayı 5772 nəfərə çatıb.
İslamazeri.com xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi son 24 saat ərzində 299 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqladı.
İsrail Səhiyyə Nazirliyi son 24 saat ərzində baş verən hərbi hadisələr nəticəsində 299 nəfərin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirdi.
Nazirliyin açıqlamasına görə, bu, müharibənin ilk iki günündən bəri qeydə alınan ən yüksək gündəlik xəsarət sayıdır.
Əl-Məyadin qəzetinin məlumatına görə, İran və Livana qarşı müharibənin başlanğıcından bəri xəstəxanaya yerləşdirilən yaralıların ümumi sayı 5772-yə çatıb.
Digər tərəfdən, İsrailin müharibədə ölən və yaralananların sayı ilə bağlı məlumatların yayımlanmasında ciddi senzura tətbiq etdiyi bildirilir.