Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Ötən il Azərbaycanda qaz təchizatı sisteminin etibarlılığını artırmaq, ötürücülük imkanlarını genişləndirmək və idarə olunmasını daha da təkmilləşdirmək üçün əlavə yenidənqurma və modernizasiya işləri aparılıb, müasir nəzarət-ölçü sistemləri tətbiq olunub.
İslamazeri.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Qeyd olunan məqsədləri təmin etmək üçün 2022-ci ildə respublika üzrə 613 km müxtəlif diametrli yeni boru xətləri çəkilib, 220 km uzunluğunda qaz xətləri isə əsaslı təmir olunub.
Ümumilikdə, 2004-2022-ci illər ərzində qazlaşdırılan məntəqələrin sayı 449-dan 1467-yə çatıb, əhali abunəçilərinin sayı isə artaraq 2,5 mln. nəfərə yüksəlib.