Azərbaycan səfiri Kuba Prezidenti ilə görüşüb

Azərbaycan səfiri Kuba Prezidenti ilə görüşüb
Yayınlanma tarixi: 15.02.2023 10:14:47

Səfir bu barədə tviter hesabında yazıb.

Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudeslə görüşüb.

İslamazeri.com xəbər verir ki, səfir bu barədə tviter hesabında yazıb.

Səfir qeyd edib ki, görüş zamanı xalqlarımız arasında tarixi dostluq və mövcud əməkdaşlıq haqqında söhbət aparılıb.

Qeyd edək ki, Azərbaycan səfiri yanvarın 12-də etimadnaməsini Kuba Prezidentinə təqdim edib.

GÜNÜN MANŞETLERİ