Azərbaycan Prezidentindən xəbərdarlıq

Azərbaycan Prezidentindən xəbərdarlıq
Yayınlanma tarixi: 5.04.2024 19:40:23

İlham Əliyev: Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır

Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlət başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır:

“Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”.

Dövlət başçısı bir daha qeyd edib ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək: “Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik”.

GÜNÜN MANŞETLERİ