Azad olunmuş ərazilərdə daha 146 mina aşkarlanıb

Azad olunmuş ərazilərdə daha 146 mina aşkarlanıb
Yayınlanma tarixi: 31.10.2022 13:06:03

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan "İslamazeri.com"a verilən məlumata görə, oktyabrın 24-dən 29-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 49 piyada əleyhinə mina, 97 tank əleyhinə mina və 398 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 350 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

GÜNÜN MANŞETLERİ