Azad olunan ərazilərdə daha 89 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 89 mina aşkarlanıb
Yayınlanma tarixi: 24.10.2022 12:17:36

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan "İslamazeri.com"a bildirilib ki, oktyabrın 17–dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 28 tank əleyhinə mina və 367 partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 381 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

GÜNÜN MANŞETLERİ