Azad edilmiş ərazilərdə daha 98 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 98 mina aşkarlanıb
Yayınlanma tarixi: 10.04.2023 12:29:43

Bu barədə ANAMA-dan bildirilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan "İslamazeri.com"a verilən məlumata görə, aprelin 3-dən 8-ədək Tərtər, Ağdam, Füzuli Xocavənd, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24, tank əleyhinə 74 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 622 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

GÜNÜN MANŞETLERİ