Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib

Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib
Yayınlanma tarixi: 1/23/2026 3:34:01 PM

İşğaldan azad edilmiş ərazilərdə 2025-ci il ərzində 1079 döyüş silahı aşkar edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə 5 199 odlu silahın 1 079-u işğaldan azad edilmiş ərazilərdə aşkarlanıb.

Həmin ərazilərdən odlu silahlarla yanaşı, 2 183 mərmi və 220 mindən çox patron da tapılıb.

2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVA PROQNOZU

5/13/2026 3:18:08 PM
Pensiya alanlara ŞAD XƏBƏR
ÖLKƏ / MÜXTƏLİF

Pensiya alanlara ŞAD XƏBƏR

5/13/2026 1:11:19 PM