Ayətullah Xamenei ilə İraqda vida mərasimi keçiriləcək

Ayətullah Xamenei ilə İraqda vida mərasimi keçiriləcək
Yayınlanma tarixi: 6/22/2026 12:34:27 PM

Ayətullah Xamenei ilə İraqda vida mərasimi keçiriləcək.

İranın sabiq Ali Rəhbəri şəhid Ayətullah Seyid Əli Xamenei ilə İraqda vida mərasimi keçiriləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə şəhid Seyid Əli Xameneinin dəfn mərasiminin təşkili üzrə qurumun sözçüsü İman Əttarzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İraq alimlərinin, dini və ictimai xadimlərin, eləcə də ölkə əhalisinin müraciəti əsasında Nəcəf və Kərbəla şəhərlərində vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.

Əttarzadə qeyd edib ki, İranda Seyid Əli Xamenei ilə vida mərasimi rəsmi olaraq iyulun 4-dən başlayacaq.

Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Sabiq Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.

GÜNÜN MANŞETLERİ