Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb
Yayınlanma tarixi: 3/16/2023 11:04:30 AM

Martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

İslamazeri.com Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

Ümumilikdə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub. Onlardan 92544-ü Azərbaycan, 8945-i isə rus bölməsi üzrədir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu verənlərin sayı isə 89416-dır. Onlardan 83740-ı Azərbaycan, 5676-sı rus bölməsi üzrədir.

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM