Zaqatalada 51 ağacın kəsilməsinə görə cinayət işi başlanıb

Zaqatalada 51 ağacın kəsilməsinə görə cinayət işi başlanıb
Yayınlanma tarixi: 4/27/2023 11:38:07 AM

Bu barədə Zaqatala rayon prokurorluğundan məlumat verilib.

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.

Zaqatala rayon prokurorluğundan "İslamazeri.com"a verilən məlumata görə, Zaqatala rayonunun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM