Yəmənin Hudeyda limanı yeddi ildən sonra fəaliyyətə başlayıb

Yəmənin Hudeyda limanı yeddi ildən sonra fəaliyyətə başlayıb
Yayınlanma tarixi: 3/10/2023 12:23:44 PM

Yəmənin Hudeyda limanı yeddi ildən sonra fəaliyyətə başlayıb.

2016-cı ildən bəri ilk dəfə çoxlu sayda ticarət gəmisi Yəmənin Hudeyda limanına daxil olub.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, BMT Yəmənin mühasirəsinə son qoymağa çağırdığı bir vaxtda, yük daşıyan çoxlu sayda ticarət gəmisi Hudeyda limanına yanaşıb.

Hudeyda limanının rəsmiləri təsdiqləyiblər ki, bu liman yeddi ildən artıq müddətdən sonra normal fəaliyyətini bərpa edib. Hudeyda limanının səlahiyyətliləri bu gəmilərin xammal, polad, taxta və avtomobil daşıdığını açıqlayıb.

Qeyd edək ki, əvvəllər Səudiyyə koalisiyası yalnız yanacaq və ərzaq daşıyan gəmilərin Hudeyda limanına daxil olmasına icazə verirdi.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM