Yasamalda narkotik satan 14 nəfər saxlanılıb

Yasamalda narkotik satan 14 nəfər saxlanılıb
Yayınlanma tarixi: 1/16/2023 5:06:11 PM

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi şöbə və bölmələri tərəfindən ilin əvvəlindən rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda - 7 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitə və psixotrop maddə olan metamfetamin çıxarılıb.

Saxlanılanlardan 3-ü - Elnur Hüseynov, tanışı Rəhman Hüseynov və Emil Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olublar. Onlar narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

GÜNÜN MANŞETLERİ

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib

4/6/2026 5:30:01 PM
Qəribabadidən Trampın təhdidlərinə CAVAB
REGİON / İRAN

Qəribabadidən Trampın təhdidlərinə CAVAB

4/6/2026 2:14:10 PM
İlham Əliyev və İrakli Kobaxidze arasında görüş
REGİON / GÜRCÜSTAN

İlham Əliyev və İrakli Kobaxidze arasında görüş

4/6/2026 2:08:43 PM