Abdullahi: Düşmənlərin təslim olmaqdan başqa çarəsi qalmayıb

Abdullahi: Düşmənlərin təslim olmaqdan başqa çarəsi qalmayıb
Yayınlanma tarixi: 4/2/2026 11:43:01 AM

İranlı komandan: Düşmənlərin təslim olmaqdan başqa çarəsi qalmayıb

İslamazeri.com xəbər verir ki, Xatəmul-Ənbiya Mərkəzi Qərargahının komandanı düşmənlərin müqavimət cəbhəsi qarşısında təslim olmaqdan başqa çarələrinin olmadığını bildirib.

Fars Xəbər Agentliyinə danışan briqada generalı (general-mayor) Əli Abdullahi ABŞ və İsrail düşmənlərinin səhv hesablamalar nəticəsində İslam müqavimət cəbhəsinin zəif və dağılmaq üzrə olduğunu düşündüklərini, lakin bu cəbhənin misilsiz gücü ilə meydanda qarşılaşdıqlarını söyləyib.

Abdullahi əlavə edib: Livan Hizbullahı, Yəmən Ənsarullahı və İraqdakı İslam müqavimət qrupları İrandakı İslam Ordusunun şərəfli döyüşçüləri ilə eyni vaxtda hərəkət edərək cəsarət, iman və səmimiyyətlə ABŞ administrasiyası və ordusunun, eləcə də qondarma sionist rejimin ilahi iradəsi qarşısında aciz və zəif olduğunu nümayiş etdirdilər. Buna görə də, bu güclü cəbhə qarşısında təslim olmaqdan başqa çarələri yoxdur.

Xatəmul-Ənbiya Mərkəzi Qərargahının komandanı sözünə davam edərək deyib: “Bu münasibətlə, böyük qürur və təvazökarlıqla Livan, Yəmən və İraqdakı qəhrəman və mücahid qardaşlarımın cihadçı ruhunu və sarsılmaz qətiyyətini yüksək qiymətləndirir və Uca Tanrıdan onlara daha çox kömək və qələbə diləyirəm.”

GÜNÜN MANŞETLERİ

Sabah hava necə olacaq?
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq?

4/2/2026 1:30:01 PM
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

4/2/2026 12:24:24 PM
İran ABŞ-ın Hərir hava bazasını məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ABŞ-ın Hərir hava bazasını məhv edib

4/2/2026 12:21:15 PM