"İranı və Hizbullahı məğlub etdiyimiz illüziyasının ağır nəticələri olacaq".
İslamazeri.com xəbər verir ki, İsrailin aparıcı qəzetlərindən biri olan "Yediot Ahronot" İsrailin Hizbullah və İranı məğlub etmək illüziyalarının böyük məyusluğa və ağır xərclərə səbəb ola biləcəyini yazıb.
Məqalədə rəsmi ritorika ilə hərbi reallıq arasındakı genişlənən boşluq vurğulanıb.
İsrail rəsmilərinin açıqlamalarını "təkəbbürlü" adlandıran qəzet, Hizbullahın imkanlarını tamamilə məhv etmək gözləntisinin reallıqdan uzaq olduğunu vurğulayıb.
Orada bildirilib ki, müdafiə naziri İsrael Katz açıqlamalarının intensivliyini nə qədər artırsa da, Hizbullahın tərksilah edilməsi mümkün deyil.
Digər tərəfdən, məqalədə ABŞ prezidenti Trampın açıqlamalarının Hörmüz boğazının yenidən açılması və ya uran çıxarılması kimi strateji məqsədlərə nail olunmadığının dolayı etirafı olduğu qeyd edilib.