Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür

Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür
Yayınlanma tarixi: 27.12.2022 10:19:15

Bu gün dünya və axirət xanımlarının Seyyidəsi, Peyğəmbərin (s) ciyərinin parçası, İmam Əlinin (ə) xanımı, İmamlar (ə) anası və bütün bəşəriyyətə nümunə olaraq yaradılmış Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür.

Bu gün dünya və axirət xanımlarının Seyyidəsi, Peyğəmbərin (s) ciyərinin parçası, İmam Əlinin (ə) xanımı, İmamlar (ə) anası və bütün bəşəriyyətə nümunə olaraq yaradılmış Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür.

İslamazeri.comXanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə "Fatiməyi-əvvəl" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.

Həzrət Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən 5 il sonra həzrəti Fatimə (ə) dünyaya göz açıb. Həzrəti Fatimə Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladıdır. Belə ki, həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan 7 övladı olmasına baxmayaraq, həzrəti Fatimə istisna olmaqla onların hamısı peyğəmbərdən əvvəl vəfat ediblər. Peyğəmbər nəslinin davam etdirilməsi isə həzrəti Fatimənin (s.ə) övladları vasitəsilə baş tutub.

Qurani-Kərimin bir çox ayələrində, xüsusilə Əhzab surəsinin 33-cü ayəsində və onun təfsirində peyğəmbər ailəsinin və Əhli-beytinin kimlərdən ibarət olduğu təkidlə qeyd edilir. Bu məsələyə peyğəmbərdən fərqli məzhəblərin mənbə kitablarında nəql edilən hədislərdə daha çox yer verilib.

Həzrəti Fatimənin uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin çətin və şiddətli zamanına təsadüf edib. Həzrəti peyğəmbər belə bir zamanda həyat yoldaşı həzrəti Xədicəni (ə) itirib. Bu zaman Fatimeyi Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artıb. Həzrəti Fatimə müşriklərin atasına verdiyi əzab-əziyyətləri görür və hiss edirdi. O, bu anlarda daim atası peyğəmbərin yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını "Atasının anası" deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni peyğəmbərdən cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrət İmam Əli (ə) məzarının yeri bilinməsin deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrəti Fatimənin (s.ə) məqbərəsi naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (s.ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi hədis var. Bu iki rəvayət onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkələrində bu 20 günü əzalı "Fatimiyyə günləri" kimi qeyd edirlər.

Həzrət Fatimənin şəhadəti ilə bağlı bir neçə gündür Azərbaycan məscidlərində o müqəddəs xanımın şəninə məclislər keçirilir və ehsanlar verilir.

GÜNÜN MANŞETLERİ