Xanım Fatimeyi-Zəhranın (s.ə) kəraməti barədə hekayə

Xanım Fatimeyi-Zəhranın (s.ə) kəraməti barədə hekayə
Yayınlanma tarixi: 6.12.2022 11:13:18

İslamazeri.com-un "Din" rubrikasından...

O zaman ki, insanın ruhu güclü olar, İlahi sifətin kölgəsi can və ruhuna düşər, onu əhatə edər. Belə bir insan İlahi qürbə yaxınlaşar və istədiyi hər bir şeyə çatar.
Cabir ibni Abdullah nəql edir: “Allahın Rəsulu (s) neçə gün idi ki, heç nə yeməmişdi. Həyat yoldaşlarının evinə baş çəkir, ancaq heç bir yemək tapmır. Nəhayət qızı Fatimənin (s.ə) evinə gedir. Buyurur: “Qızım! Yeməyin varmı ki, mən yeyim, çünki acam”. Xanım (s.ə) cavab verir: “Allaha and olsun ki, yox!”.
Həzrət Peyğəmbər (s) qızının evindən çıxıb gedəndən sonra qonşu qadın boşqabda iki dilim çörəklə ət gətirir. Xanım (s.ə) boşqabı alır və üstünü örtür və deyir: “Allaha and olsun ki, Rəsullahı (s) özümdən və övladlarımdan üstün bilirəm”.
Bu, o zaman idi ki, hamı ac idi. Xanım (s.ə) Həsənlə (ə) Hüseyni (ə) Peyğəmbərin (s) ardınca göndərir və Həzrəti (s) evə dəvət edir. Həzrət Peyğəmbər (s) gəlir və Həzrət Fatimə (s.ə) buyurur: “Fədan olum, Allah bizim üçün bir şey göndərmişdir. Mən də onu sizin üçün saxlamışam”.
Həzrət Peyğəmbər (s) buyurur: “Gətir”. Xanım boşqabı gətirir və Peyğəmbər (s) başqabı açan zaman görür ki, çörək və ətlə doludur. Həzrət Fatimə (s.ə) onu görən zaman təəccüblənir. Başa düşür ki, bu Allah tərəfindən olan nemətdir. Onun şükrünü yerinə yetirir və Peyğəmbərə (s) salavat göndərir.
Həzrət Peyğəmbər (s) buyurur: “Qızım! Bunu haradan gətirmisən?” Buyurdu: “Bu, Allah tərəfindəndir. Allah kimə istəsə, hesabsız ruzi verər”.
Həzrət Peyğəmbər (s) Allaha şükür edir və buyurur: “Allaha şükür edirəm ki, səni Bəni-İsrayilin banusuna (Həzrət Məryəmə) bənzətmişdir”.
Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) çağırır və hamı həmin yeməkdən yeyirlər. Həzrət Peyğəmbərin (s) həyat yoldaşları da bu yeməkdən yeyir və doyurlar. Hələ boşqabda yemək yenə də qalır.
Həzrət Fatimə (s.ə) buyurur: “Mən həmin yeməkdən bütün qonşularıma apardım və Allah onda çoxlu xeyir və bərəkət qərar verib”.

GÜNÜN MANŞETLERİ