Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb
Yayınlanma tarixi: 3.03.2023 11:08:35

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb.

Uşaqlarda eşitmə problemi bir neçə səbəbdən yarana bilər. Erkən yaşlarda keçirilən virus infeksiyası və yoluxucu xəstəliklərdən sonra eşitmə problemi yaranma riski yüksəkdir.

İslamazeri.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian Mustafa bildirib.

Onun sözlərinə görə, adətən uşaq xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə olunur. Eyni zamanda, bilmək lazımdır ki, antibiotiklər eşitmə sinirinə toksik təsir göstərir və onların yüksək dozalarda istifadəsi erkən yaşlarda ağıreşitmənin və karlığın yaranmasına səbəb ola bilər. Yəni, antibiotiklər uşaqlara ehtiyatla təyin olunmalıdır.
Digər tərəfdən, uşaqlarda burun tənəffüsünü çətinləşdirən udlaq badamcığının böyüməsi eşitmə qabliyyətinin pozulmasına səbəb olur. Belə ki, adenoid adlanan udlaq badamcığı burunudlağa açılan eşitmə borusunun qabağını tutaraq eşitmə probleminə səbəb olur. Yaranmış problem cərrahi müdaxilə ilə aradan qaldırılır.

GÜNÜN MANŞETLERİ