Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək
Yayınlanma tarixi: 5/28/2026 12:17:45 PM

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi iyunun 2-də Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək.

İslamazeri.com xəbər verir ki, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri iştirak edəcəklər.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istismara verilməsi 2 iyuna planlaşdırılıb.

Magistralın ümumi uzunluğu 827 kilometrdir, bunun 213 kilometri Gürcüstan ərazisindən keçir. Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Kredit layihənin həyata keçirilməsindən əldə olunan gəlirlər hesabına geri qaytarılacaq.

“Azərbaycan Dəmir Yolları” (ADY) bildirib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək şirkət Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi işlərini həyata keçirib və layihə uğurla başa çatdırılıb.

Aparılmış yenidənqurma nəticəsində xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

GÜNÜN MANŞETLERİ