Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb

Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
Yayınlanma tarixi: 5/29/2026 3:26:59 PM

Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb.

İran Prezident Məsud Pezeşkian alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin və qonşu ölkələrin, o cümlədən Azərbaycanın potensialından bəzi zəruri məhsulların təminatı və idxalı üçün istifadə edilməsinin vacibliyini vurğulayıb.

İslmazeri.com İran mediasına istinadla xəbər verir ki, bu barədə İran Prezidenti İran Mərkəzi Bankın rəhbəri və digər dövlət qurumlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə bildirib.

Pezeşkian zəruri ərzaq malları, dərman vasitələri ilə təminatın sürətləndirilməsi və alternativ idxal marşrutlarının idarə olunması üzrə koordinasiya iclasında bazar sabitliyinin qorunması və təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə ölkənin logistika, ticarət və iqtisadi diplomatiya imkanlarının maksimum səviyyədə səfərbər edilməsinin zəruriliyini vurğulayıb.

İclasda cənub istiqamətində bəzi giriş məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla, ölkənin ehtiyac duyduğu əsas ərzaq mallarının, dərman vasitələrinin və digər zəruri məhsulların təminatı və idxalının son vəziyyəti ətraflı şəkildə müzakirə olunub.

İcraedici qurumlar mövcud vəziyyətin idarə olunması və alternativ marşrutların yaradılması istiqamətində görülən tədbirlər barədə hesabat təqdim ediblər.

İqtisadi blok nazirlərinin təqdim etdiyi məlumata əsasən, qonşu ölkələrlə aparılan danışıqlar və koordinasiya nəticəsində quru sərhəd keçid məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsinin imkanları malların idxalının asanlaşdırılması və artırılması məqsədilə aktivləşdirilib və gücləndirilib. Əsas ərzaq mallarının ölkəyə daxil olması prosesi isə davamlı şəkildə izlənilir.

Prezident həmçinin ölkənin şimal limanlarının imkanlarından maksimum istifadə olunmasının, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin və qonşu ölkələrin, o cümlədən Pakistan, Rusiya və Azərbaycanın potensialından bəzi zəruri məhsulların təminatı və idxalı üçün istifadə edilməsinin vacibliyini vurğulayıb və bu sahədə əldə olunan razılaşmaların operativ şəkildə həyata keçirilməsini tapşırıb.

GÜNÜN MANŞETLERİ