UNICEF: Nigeriyada 2,2 milyon uşaq peyvənd olunmayıb

UNICEF: Nigeriyada 2,2 milyon uşaq peyvənd olunmayıb
Yayınlanma tarixi: 21.04.2023 15:21:53

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Nigeriyada ən azı 2,2 milyon uşağa ümumiyyətlə peyvənd edilmədiyini bildirdi.

İslamazeri.com xəbər verir ki, UNICEF-in Nigeriya Səhiyyə Müdiri Eduardo Celades verdiyi açıqlamada, Nigeriya hökumətinin səylərinə baxmayaraq, ölkədə peyvənd olunmamış uşaqların sayının yüksək olaraq qaldığını bildirib.

Ölkədə ən az 2,2 milyon uşağın peyvənd edilmədiyini qeyd edən Celades, "Ölümcül xəstəliklərin yayılmasının qarşısını almaq üçün diqqətdən kənarda qalanların tutulması üçün təcili hərəkətə keçmək lazımdır", - deyə qeyd edib.

Celades, peyvənd olunan uşaqların sayının artması səbəbindən Nigeriyada qızılca hadisələrinin sayının 2021-ci ilə nisbətən 2022-ci ildə iki dəfədən çox artdığını söylədi.

Nigeriyanın peyvənd proqramlarında qarşılaşdığı çətinliklər səbəbiylə hazırda qlobal peyvənd hədəfinə yaxınlaşa bilmədiyini vurğulayan Celades, peyvənd proqramlarının başlanğıcında təhlükəsizlik problemləri, soyuq zəncirlərin zəif idarə olunması və zəif ünsiyyət kimi çətinliklərin müəyyən edilmiş hədəfə çatmamasında təsirli olduğunu söylədi.

GÜNÜN MANŞETLERİ