Ukraynanın DİN rəhbərliyi vertolyot qəzasında həlak oldular - VİDEO

Ukraynanın DİN rəhbərliyi vertolyot qəzasında həlak oldular - VİDEO
Yayınlanma tarixi: 18.01.2023 14:04:47

Kiyev vilayətində baş verən vertolyot qəzasında Ukraynanın daxili işlər naziri Denis Monastırski həlak olub.

İslamazeri.com xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin başçısı İqor Klimenko məlumat verib.

“Bu gün – 18 yanvar səhər saatlarında Brovarıda Dövlət Fövqəladə Vəziyyətlər Xidmətinin vertolyotu qəzaya uğrayıb. Aviafəlakət nəticəsində DİN rəhbərliyi həlak olub: nazir, nazirin birinci müavini və dövlət katibi”, – deyə  Klimenko bildirib.

Nazirin birinci müavini Yevgeni Yenin, DİN dövlət katibi vəzifəsində isə Yuri Lubkoviç idi.

Xatırladaq ki, bu gün Brovarı şəhərində uşaq bağçası və yaşayış binasının yaxınlığında vertolyot qəzaya uğrayıb. 3-ü uşaq olmaqla, 18 nəfər həyatını itirib, 12-si uşaq olmaqla, 26 nəfər də xəsarət alıb.

Ərazidə bütün xüsusi xidmətlər cəlb edilib.

Ukrayna DİN-in məlumatına əsasən, hələ qəzanın dəqiq səbəbləri bəlli olmasa da, ilkin ehtimallar arasında texnikanın nasazlığı, təhlükəsizlik qaydalarının pozulması və diversiya var.

GÜNÜN MANŞETLERİ