“İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən nifrət cinayətinin bu gün Danimarkanın paytaxtı Kopenhagendə yenidən törədilməsinə icazə verilməsini qəti şəkildə qınayırıq”.
Türkiyə XİN Türkiyənin Danimarkadakı səfirliyinin və bir məscidin qarşısında polisin mühafizəsi altında Quranın yandırılmasına icazə verilməsini pisləyib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda deyilir:
“İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən nifrət cinayətinin bu gün Danimarkanın paytaxtı Kopenhagendə yenidən törədilməsinə icazə verilməsini qəti şəkildə qınayırıq”.
Bəyanatda Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq İsveç və Hollandiyadan sonra Danimarkada həyata keçirilən bu alçaq hərəkətin qarşısının alınmamasının narahatedici olduğu qeyd olunub.
“Avropada milyonlarla insanın həssaslığını təhqir edən bu hərəkətlərə icazə vermək sülh içində bir arada yaşamaq prinsipinə ziddir”,-deyə Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda vurğulanıb.