Türkiyə Qəzza zolağının şimalında yerləşən ''Cəbəliyə'' qaçqın düşərgəsində baş verən yanğında həyatını itirənlər ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: ''Cəbəliyə qaçqın düşərgəsində baş verən yanğın nəticəsində çox sayda insanın həyatını itirdiyi ilə bağlı xəbər bizi kədərləndirib. Hadisə nəticəsində həyatını itirənlərə rəhmət, ailələri ilə qardaş Fələstin xalqına və hökumətinə dərin hüznlə başsağlı, xəsarət alanlara şəfa diləyirik''.
Qeyd edək ki, Qəzza zolağının şimalında yerləşən ''Cəbəliyə'' qaçqın düşərgəsində baş verən yanğında 21 nəfər həyatını itirmişdi.