Türkiyədən Ermənistanla bağlı QƏRAR

Türkiyədən Ermənistanla bağlı QƏRAR
Yayınlanma tarixi: 12/20/2021 5:45:40 PM

"Ermənistanla bağlı verilən bütün qərarlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və qərar verilir", - Çavuşoğlu bildirib.

“Regionda Ermənistanla son zamanlar etimadı artıran əlaqələrimiz davam edir. Birbaşa əlaqələrimiz üçün qarşılıqlı xüsusi nümayəndələrimizi təyin etdik və ən qısa zamanda xüsusi nümayəndələrimiz bir araya gələcək”.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O deyib ki, yaxın gələcəkdə Ermənistana birbaşa təyyarə reysləri fəaliyyətə başlayacaq: “Daha öncə “Atlas Global” şirkətləri uçuşları təmin edirdi, hazırda bəzi şirkətlərin müraciətləri olub. Nəqliyyat və İnfrastruktur Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi ilə bərabər bu istiqamətdə fəaliyyətləri davam edir, bu müraciətlərə baxılır”.

M.Çavuşoğlu bir daha vurğulayıb ki, Ermənistanla bağlı verilən bütün qərarlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və qərar verilir.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM