Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müxtəlif markalı dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
"İslamazeri.com"un komitəyə istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl Kanal” gömrük nəzarəti zonasından keçərkən “Qırmızı Kanal” a yönləndirilib.
Vətəndaşa məxsus yüklər rentgen aparatından keçirilən zaman monitorda dərman preparatlarının təsvirləri müşahidə edilib. Bu səbəbdən də vətəndaş təkrar baxış üçün yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus göy rəngli əl çantasının içərisində əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və kağız üzərində yazılı bəyan edilməyən 86 qutu və 60 flakon müxtəlif adda dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.