Türkiyədəki səfirliyimiz vətəndaşlarımıza müraciət edib

Türkiyədəki səfirliyimiz vətəndaşlarımıza müraciət edib
Yayınlanma tarixi: 8.02.2023 16:12:17

Bu barədə səfirlikdən bildirilib.

Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

İslamazeri.com xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Qeyd olunub ki, təxliyə avtobusu bu gün, fevralın 8-də saat 15:30-da Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

GÜNÜN MANŞETLERİ