Türkiyədə zəlzələ qurbanlarının sayı hər an artır.
İslamazeri.com xəbər verir ki, Türkiyədə zəlzələ qurbanlarının sayı hər an artır. Yerli media rəsmi qurumlara istinadən bildirir ki, ölənlərin sayı 1651 olub. Ölkədə 7 günlük matəm elan olunub.
Qeyd edək ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.