Zəlzələdə can itkisi 7 min 108-ə yüksəlib.
Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərin təsirləri davam edir.
İslamazeri.com xəbər verir ki, zəlzələdə can itkisi 7 min 108-ə yüksəlib.
Türkiyə Fövqəladə Hallar İdarəsi (AFAD) 6 fevralda baş verən zəlzələlərdə 7108 adamın həyatını itirdiyini, 40910 nəfərin isə yaralandığını açıqlayıb.
Bölgədə zəlzələ qurbanlarının sığınacağı üçün 50 818 Ailə Həyat Çadırı qurulub.
Sahədə 79 min 110 axtarış-xilasetmə personalı çalışır.
Təbii fəlakət zonasına əsasən ekskavatorlar, evakuatorlar, kranlar, dozerlər, yük maşınları, su maşınları, qoşqular, qreyderlər, vakuum maşınları və bu kimi tikinti texnikası olmaqla ümumilikdə 5402 texnika göndərilib.
Bölgəyə şəxsi heyət, material daşınması və təxliyyə üçün 9-u Dəniz Donanması Komandanlığı, 1-i Sahil Mühafizəsi Komandanlığı olmaqla cəmi 10 gəmi ayrılıb.
Qeyd edək ki, “Əsrin fəlakəti” adlandırılan zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlırurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.