Türkiyədə Qurani-Kərimi təhqir edən iki gənc həbs edilib

Türkiyədə Qurani-Kərimi təhqir edən iki gənc həbs edilib
Yayınlanma tarixi: 10/7/2022 2:54:53 PM

Türkiyənin Daxili İşlər Naziri elan edib: "İki gənc həbs edilib. Onların Quranı təhqir edərək yandırdıqları videonun yayılması ictimaiyyətin qəzəbinə səbəb olub".

İslamazeri.com xəbər verir ki, İzmirli iki türk gəncin Qurani-Kərimi təhqir edən şokedici klipinin yayımlanmasından sonra Türkiyədə sosial şəbəkələrdə qəzəb dalğası başlayıb.

Bu videoda açıq-aşkar sərxoş olan iki gənc Qurana təhqiramiz sözlər deyir. Sonra onlardan biri Quranın bir nüsxəsini gətirir və onu cırmağa başlayır.

Bu videoda iştirak edən digər bir gənc bu həyasız və təhqiramiz işlə kifayətlənməyərək kinayəli gülüşlər içərisində Qurani-Kərimdən qopardığı bir sıra səhifələri yandıraraq Allahın kitabına hörmətsizlik etməyə davam edib.

Türkiyədə qəzəb dalğasına səbəb olan bu videonun sosial şəbəkələrdə yayılmasından sonra Türkiyə təhlükəsizlik qüvvələri bu hadisənin baş verdiyinə əmin olublar. Bundan sonra Türkiyənin qərbində, İzmirdə bu iki gənci həbs ediblər.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM